Əsas Səhifə > Güney Press > Rusiya-Ukrayna savaşı Rumıniya ərazisinə KEÇİR?..

Rusiya-Ukrayna savaşı Rumıniya ərazisinə KEÇİR?..


Bu gün, 09:10

Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb.

APA xəbər verir ki, bu barədə Rumıniyanın Fövqəladə Hallar Müfəttişliyi məlumat yayıb.

Məlumata görə, toqquşma zamanı partlayış baş verib və mənzillərdən birində yanğın yaranıb. Hadisə nəticəsində binanın təxminən 70 sakini təxliyə olunub. Onların bir qismi binanı öz imkanları ilə tərk edib.

İlkin məlumata əsasən, pilotsuz aparatın üzərindəki partlayıcı qurğu tam şəkildə detonasiya edib. Yanğının baş verdiyi mənzildə olan qadın və 14 yaşlı yeniyetmə hadisə zamanı təhlükəsiz əraziyə çıxa biliblər.

Təcili yardım xidmətinin məlumatına görə, qadın birinci dərəcəli yanıq xəsarətləri alıb, yeniyetmədə isə güclü panik atak qeydə alınıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

***

Bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Belə ki, PUA Rusiyanın mülki və infrastruktur hədəflərinə zərbələr endirdiyi Ukrayna ərazisindən sərhədi keçib.

Əməliyyat zamanı iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb və pilotlara hədəfləri həyəcan siqnalı dövründə vurmaq səlahiyyəti verilib.


Geri qayıt