Əsas Səhifə > Güney Press > Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan

Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan


Bu gün, 11:59

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 86 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Miqrasiya Departamenti tərəfindən nazirliyin aidiyyəti qurumları ilə birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 86 nəfər Gürcüstandan çıxarılıb.

Qeyd olunub ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq məhdudiyyət tətbiq edilib.


Geri qayıt