Əsas Səhifə > Güney Press > Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıbBu gün, 15:29 |
|
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank" ASC-dəki payını 84,47 %-dən 86,25 %-ə çatdırıb. "Report" bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, bu, "Premium Bank"ın nizamnamə kapitalının 20 milyon manat və yaxud 12,9 % artırılaraq 154,6 milyon manatdan 174,6 milyon manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını C.Əsgərov əldə edib. Son nəticədə digər səhmdarlar - "VIP Aviation Services" MMC-nin payı 15,22 %-dən 13,47 %-ə, Elvira Əhmədovanın payı isə 0,31 %-dən 0,28 %-ə düşüb. Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Geri qayıt |