Əsas Səhifə > Güney Press > "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun"
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun"Bu gün, 15:18 |
|
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanla qaz sazişinin birtərəfli qaydada ləğv edilməsi (denonsasiyası) ehtimalı barədə məsələni korporativ mövzu adlandıraraq rəsmi İrəvanı birbaşa "Qazprom"a yönləndirib. Kremlin rəsmi sözçüsü vurğulayıb ki, hazırda qüvvədə olan güzəştli qiymətlər həm qaldırıla, həm də endirilə bilər: "Orada güzəştli qiymət var, o, yüksək də ola bilər, aşağı da ola bilər və yenidən baxıla bilər, korporasiyalar da bu məsələni qaldıra bilərlər. Bu, tamamilə korporativ bir məsələdir, buna görə də birbaşa "Qazprom"a müraciət etmək lazımdır". Moskvadan gələn bu açıqlama Ermənistanın Aİ-yə doğru addımlarına qarşı Rusiyanın qaz kartından istifadə edə biləcəyi barədə iddiaları daha da alovlandırıb. Geri qayıt |