Əsas Səhifə > Güney Press > "Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcəkBu gün, 12:36 |
|
İyulun 30-da, saat 11:00-da "Kristal Bakı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq investisiya şirkətinin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 11, mənzil 2 ünvanında yerləşən baş ofisində olacaq. Yığıncağın gündəliyinə "Hermes Finance"ın kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ötən il əldə etdiyi xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir. Xatırladaq ki, "Kristal Bakı" 2020-ci ildə dövlət qeydiyyatına alınıb, fəaliyyəti yaşayış binalarının inşası və satışı ilə bağlıdır. Onun səhmlərinin 50 %-i Pərviz Vəliyevə, qalan hissəsi isə - hər biri 25 % olmaqla Fərid və Araz Nəbiyevlərə məxsusdur. Geri qayıt |