Əsas Səhifə > Güney Press > "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək

"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək


Bu gün, 10:47

İyunun 30-da, saat 11:00-da "Kredit Evi" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 90A ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Kredit Evi"nin kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də digər məsələlər daxildir.

Xatırladaq ki, "Kredit Evi" 2017-ci ildə yaradılıb. Onun səhmdarları hər biri 50 % payla Kazım Hüseynov və Səbuhi Əzizovdur. Sonuncu həm də "Merkuri" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 50 %-nə nəzarət edir.


Geri qayıt