Əsas Səhifə > Güney Press > AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyirBu gün, 06:17 |
|
Uzun müddətdir Peşəkar Futbol Liqasının fəaliyyəti ilə bağlı müzakirələr davam edir. Xitab24.az bununla bağlı eksklüziv məlumat əldə edib. Məlumata görə, AFFA-da PFL-in gələcəyi ilə bağlı iclas keçirilib və iki əsas məsələ müzakirə olunub. İlk müzakirə olunan məsələ PFL-in tamamilə ləğvi ilə bağlıdır. Bu qurumun ləğvi gerçəkləşəcəyi halda AFFA-nın tərkibində Yarışların Təşkili Departamentinin yaradılması gözdən keçirilir. Digər müzakirə olunan məsələ isə PFL-də prezident dəyişikliyi ilə bağlıdır. Belə ki, AFFA PFL-in prezidenti vəzifəsinə Hakimlər Departamentinin sədri Bəhruz Teymurovun gətirilməsini istəyir. Yəni, AFFA PFL qarşısında şərt qoyub – ya qurum ləğv olunsun, ya prezident dəyişikliyi həyata keçirilsin. Yekun qərarın yeni mövsümün əvvəlinə qədər veriləcəyi gözlənilir. Geri qayıt |