Əsas Səhifə > Güney Press > Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq

Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq


Bu gün, 17:10

Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy Ermənistanın anti-Rusiya siyasətinin nəticələrinin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, o, bu barədə “Ermənistan Rusiyasız və Rusiya Ermənistansız: səbəblər, nəticələr və fəsadlar” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

Tolstoyun sözlərinə görə, Ermənistan rəhbərliyinin anti-Rusiya bəyanatları, rus dilinə qarşı təzyiqlər və Moskvanın rəqibləri ilə yaxınlaşması cavabsız qalmayacaq:

“Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlükdən əldə etdiyi üstünlüklər çox asanlıqla yox ola bilər. Anti-Rusiya xarakterli açıqlamalar, rus dilinə qarşı təzyiqlər, sərt anti-Rusiya ritorikası və Zelenski ilə isti münasibətlər əlbəttə ki, Rusiya tərəfindən cavabsız qala bilməz”, – deyə o vurğulayıb.

Rusiya rəsmisi əlavə edib ki, Moskva “Rusiyasız keçinə biləcəklərini düşünən erməni siyasətçiləri ağıllandırmaq” üçün ardıcıl addımlar atacaq.


Geri qayıt