Əsas Səhifə > Güney Press > “Diadem” şirkəti mənfəətini bölüşdürəcək

“Diadem” şirkəti mənfəətini bölüşdürəcək


Bu gün, 16:57

Azərbaycanda fəaliyyət göstərən qeyri-yaşayış binalarının tikintisi fəaliyyətilə məşğul olan “Diadem” ASC- “Diadem” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbəti Ümumi Yığıncağı çağırılır.

Banker.az xəbər verir ki, yığıncaq 30 iyun 2026-cı il saat 16:00-da Cəmiyyətin Sumqayıt şəhəri, Corat ŞTQ, 71-ci məhəllə, ev 3 ünvanında yerləşən binasında baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2025-ci ilin illik hesabatının (audit olunmuş maliyyə və idarəetmə hesabatlarının) təsdiqlənməsi;

2. 2025-ci ilin mənfəətinin bölüşdürülməsi barədə qərarın qəbulu.

Hazırda “Diadem” ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75%) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25%).


Geri qayıt