Əsas Səhifə > Güney Press > Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu

Vergidən yayınma və qanunsuz lizinqdə ittiham olunan “Vüsal 300”ə hökm oxundu


Bu gün, 14:22

Azərbaycanda qanunsuz lizinqlə fəaliyyəti və vergidən yayınmaqda təqsirləndirilən iş adamı Vüsal Şirvan oğlu Abbasov barəsində məhkəmə prosesi yekunlaşıb.

"Real Azərbaycan" xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə Vüsal Şirvan oğlu Abbasova hökm oxunub.

Hökmə əsasən “Vüsal 300” tanınan Vüsal Abbasov 4 il şərti cəza alıb.

Bildirək ki, “Vüsal 300” bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunurdu. Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakları girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilirdi.


Geri qayıt