Əsas Səhifə > Güney Press > Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunubBu gün, 13:23 |
|
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə çıxarılaraq qəbul edilən “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” qərarda əksini tapıb. Qərara əsasən, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər: Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi. Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən apellyasiya məhkəmələrinin hakimlərini təyin edir. Geri qayıt |