Əsas Səhifə > Güney Press > Resurslarımız, pulumuz yoxdur, amma...

Resurslarımız, pulumuz yoxdur, amma...


Bu gün, 13:13

Polisin CHP Baş Qərargahına basqınından sonra Özgür Özəl Türkiyə Böyük Millət Məclisində topladığı millət vəkillərinə vacib mesajlar verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Özəl polisin Baş Qərargahın qapısını sındırmasını işğal kimi qələmə verib.

"Bundan sonra resurslarımız məhduddur, amma bizdə onlarda olmayan bir şey var: küçələrə çıxmağa cəsarətimiz var. Əmlak, maşın, hər şey Baş Qərargaha məxsusdur. Bu partiya yaradılanda onun qərargahı yox idi. Bu, meydanlarda, çadırlarda qurulub. Bizə bir otaq, bir çadır, bir də millətimiz kifayətdir. Amma bu çevrilişçilərin millətimizə etdikləri yetər artıq. Biz sona qədər mübarizə aparacağıq, seçkilər qərargahda deyil, küçələrdə qazanılır”, - deyə o qeyd edib.


Geri qayıt