Əsas Səhifə > Güney Press > Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunubBu gün, 17:15 |
|
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Eyvaz Niftalıyev 10 il, Ramis Hümmətov 9 il müddətə azadlıqdan məhrum edilib. Ramis Hümmətovun himayəsində azyaşlı övladı olduğu üçün övladının 14 yaşındək cəzanın icrası təxirə salınıb. Həmçinin zərərçəkmişlərə vurulan 132000, 2300, 7 000 manat olan maddi ziyan təmin edilib. Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub. Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluğa görə məhkum olunub. Təqsirləndirilən Eyvaz Niftəliyev Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb. İstintaq müddətində Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib. Geri qayıt |