Əsas Səhifə > Güney Press > Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi

Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi


Bu gün, 16:46

Bu ilin aprel ayında Azərbaycanın tikinti sektorunda işgüzar fəallıq indeksi açıqlanıb.
Yeniavaz.com
Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, aprel ayında tikinti sektorunda inam indeksi mənfi 24,9 olub.
Bu göstərici, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Belə ki, 2025-ci ilin aprel ayında tikinti inam indeksi mənfi 6,2 olub.
Qeyd edək ki, tikinti sektorunda yeni sifarişlərin icraya qəbul edilmə göstəricisi 2025-ci ilin aprelində mənfi 10,5 olduğu halda, 2026-cı ilin aprelində mənfi 32,7-yə düşüb. Bu, tikinti şirkətlərinə daxil olan iş sifarişlərinin zəiflədiyini göstərir. Tikinti işlərinin həcmi də 2025-ci ilin aprelində müsbət 11,4 olduğu halda, 2026-cı ilin aprelində mənfi 9,4-ə enib və bu, sektorda aktivliyin azaldığını göstərir. İşçi sayının dəyişməsi göstəricisi isə mənfi 1,9-dan mənfi 17,1-ə düşüb. Bu isə onu göstərir ki, şirkətlər yeni işçi götürməkdə daha ehtiyatlı davranır və bu sektorda ixtisar meyli güclənib.


Geri qayıt