Əsas Səhifə > Güney Press > “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm”

“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm”


Bu gün, 10:33

“İyunun 1-də bilirsiniz ki, Yaşıl Teatrda “Mənim adım eşq” adlı konsert proqramım baş tutacaq. Tamaşaçılar üçün gözəl bir gecə düşünmüşük. Böyük həvəslə məşqlər edirik. Yaşıl Teatrda heç vaxt konsert verməmişəm. Birinci dəfədir ki, orada konsertim olacaq. Təbiəti, açıqlığı çox sevirəm. Açıq havada konsertin başqa bir gözəlliyi var. Yaz ayını da dəhşət sevirəm. Yaz gələndə məndə təzə ruh, həyat və sənət eşqi yaranır”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Mətanət İsgəndərli deyib. O daha sonra əlavə edib:

“Orada elə bir sürpriz olacaq ki.. Elə-belə deyil, möhtəşəm sürprizdir.. Gözlərinizə inanmayacaqsınız, şok olacaqsınız. Ağlınıza gəlməyən konsert günü yaşanacaq. Sağlıq olsun.. 30 il əvvəl oxuduğum bütün hit mahnılarımı orada canlı-canlı ifa edəcəm. Bir-iki yeni mahnılar da yazdırmışam. Onları da ilk dəfə orada səsləndirəcəm.

Bilirsiniz ki, bütün konsertlərimin musiqi rəhbəri Asif Kərimovdur. Lamiyyə Ələkbərova da bütün konsertlərimdə təşkilati işlərdə mənim yanımdadır, mənə kömək edir.

Bu il maşallah konsertlərdən boluq. Bütün sənət yoldaşlarıma uğurlar arzu edirəm və onların yerinə çox sevinirəm” deyə o bildirib.


Qeyd edək ki, Əməkdar artist Mətanət İsgəndərli 27 ildən sonra Heydər Əliyev adına sarayda ötən il konsert vermişdi.


Geri qayıt