|
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 261,57 ton avokado idxal edilib. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan avokadonun 1 kiloqramının orta gömrük dəyəri təxminən 2,95 dollar (5 manat) olub. Qeyd edək ki, idxal olunan avokado Azərbaycana bu ölkələrdən gətirilib: Peru – 90,9 ton (1 kiloqramının orta gömrük dəyəri təxminən 5 manat 71 qəpik); Türkiyə – 54,51 ton (2 manat 55 qəpik); Birləşmiş Tanzaniya Respublikası – 39,17 ton (5 manat 22 qəpik); Mərakeş – 28,54 ton (6 manat 5 qəpik); İsrail – 25,73 ton (5 manat 11 qəpik); Livan – 18,5 ton (6 manat 20 qəpik); Braziliya – 1,92 ton (3 manat 48 qəpik); Kolumbiya – 1,04 ton (8 manat 50 qəpik); Çin – 0,69 ton (8 manat 46 qəpik); Meksika – 0,52 ton (16 manat 86 qəpik); Lüksemburq – 0,04 ton (15 manat 73 qəpik).
Geri qayıt
|