Əsas Səhifə > Güney Press > Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkı
Meşələrin İnkişafı Xidmətinin baha başa gələn lüks avtoparkıBu gün, 08:09 |
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti müxtəlif növ nəqliyyat vasitələrinin satın alınması məqsədilə tender elan edib. 32gun.az xəbər verir ki, 441.100,00 AZN ehtimal olunan qiymətlədir. Sifariş siyahısında çətin relyefli meşə massivləri üçün nəzərdə tutulan yük avtomobilləri ilə yanaşı, dəri oturacaqlı və avtomatik kilid sistemli 8 ədəd pikap, həmçinin oturacaq qızdırıcısı olan 2 ədəd SUV (ofroader) tipli minik maşınının yer alması diqqət çəkir. Ekologiyanın və meşə sahələrinin mühafizəsi naminə texniki bazanın yenilənməsi vacib olsa da, qurumun xidməti fəaliyyət üçün dəri oturacaqlı və yüksək komfortlu nəqliyyat vasitələrinə üstünlük verərək dövlət büdcəsindən yarım milyona yaxın vəsait ayırması müəyyən suallar doğurur. Qeyd edək ki, Meşələrin İnkişafı Xidmətinin rəisi isə Ramik Əşrəfovdur. Geri qayıt |