Əsas Səhifə > Güney Press > Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam

Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam


Bu gün, 19:44

Azərbaycanın və Türkiyənin ortaq dəyəri rəssam İbrahim Safini tanıtmaq və təbliğ etmək missiyam davam edir. İbrahim Safi təkcə sənət adamı deyildi.O,rənglərlə danışan ,fırçası ilə tariximizi,kimliyimizi və mənəviyyatımızı yaşadan böyük bir sənətkar idi. Elə bu keyfiyyətlər deyildimi rəssam heç kəsə nəsib olmayan mənəvi ucalığa -böyük Mustafa Kamal Atatürkün qarşısında əyləşərək onun portretini çəkmək xoşbəxtliyinə nail olmuşdur. Bu böyük Azərbaycan kökənli soydaşımız 20 yaşından ömrünün sonuna qədər (1898-1983) Türkiyədə yaşayıb ,ömrünü başa vurdu. Rəssam haqqında bu günə qədər yazdığım üç kitab və film ‘’(Rəngləri danışdıran adam’’,’’Rəngləri solmayan rəsmlər’’ və ‘’ İşıq adam’’) dünyanın bir çox ölkələrində təqdimat olundu.Şübhəsiz,bu yolda dəstəyə hər zaman ehtiyacım olub. İllərdir iki ölkə arasında yaratdığı gözıl əsərləri ilə mənəvi körpü salan İbrahim Safinin nəfəsini bu dəfə Vaşinqtonda duydular. Gənc yaşlarından müstəqilliyimiz uğrunda mücadilə etmiş,torpaqlarımızın işğaldan azad olunması yolunda həm vətəndə,həm də uzun illərdir yaşadığı mühacir həyatında çoxlarının edə bilmədiyi işləri görən dəyərli qardaşımız Zaur Bayramlıya bu təqdimatın baş tutmasında ən öndə gedən təşkilatçısı oldu. Bütün əlaqələr məhz onun sayəsində quruldu. Təqdimatda (Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri) i Xəzər İbrahimlinin,Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Amerikadakı səfiri Damla Güçlü,Türk Ordusunun Amerikadakı nümayəndəsi General Alparslan Güldal bəy, Türkiyə Cumhiriyyətinin müşavirlərinin iştirakı böyük sevinclə qarşılandı. Mən bu möhtəşəm təqdimatın baş tutmasında əməyi keçən başda Zaur Bayramlı olmaqla eyni zamanda ATA-DC nin rəhbəri Sevtap Kanoğlu xanım əfəndiyə, Mədəniyyətlərarası Diplomatiya Fondunun rəhbəri Leya Məmmədli xanıma sonsuz təşəkkürlərimi bildirirəm.
PS Bir daha əmin oldum ki,sənət millətləri birləşdirən ən böyük körpüdür.
Jalə Cəfərova. Filologiya üzrə fəlsəfə doktoru,yazıçı-publisist.
Vaşinqton


Geri qayıt