Əsas Səhifə > Güney Press > "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək

"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək


Bu gün, 16:40

İyunun 18-də, saat 17:00-da "PAŞA Bank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.


Geri qayıt