Əsas Səhifə > Güney Press > Türkiyədə baş verənlər...
Türkiyədə baş verənlər...Bu gün, 13:20 |
|
Türkiyədə baş verənlər sadəcə nəzəriyyənin təcrübədə təsdiqi prosesidir. Başqa heç nə.
Siyasi gücün sərhədi, siyasi iqtidar ömrünün məhdudlaşdırılmış müddəti olmalıdır.
Əksi olanda hər kəs zərər görür, hətta ən sonda belə mütləq gücə çevrilmiş personanın belə.
Bizim təcrübə qazanmağa, institutlaşmağa zamanımız və resursumuz olmayıb deyəb baş verənlərə təəccüblü olmaya bilər.
Amma 100 illik cümhuriyyət təcrübəsi olan, bunun inanılmaz faydalarını görən bir cəmiyyət üçün anlamaq asan deyil.
Mən ümid edirəm ordakı müxalifət də nəhayətində demokratiyanın gerçək dəyərini və mahiyyətini anlayacaq. Öz ölkəndə demokrat, başqasına, xüsusən də yaxın qonşuna gələndə dəyərlərə tüpürən bir qüvvə ola biıməzsən.
Bu qədərə faciələrə, haqsızqlıqlara, demoratik dirənişə və onun qurbanlarına bir dəfə səsləri çıxmadı
Müəllif: Rövşən Ağayev - "DİA-AZ"
Geri qayıt |