Əsas Səhifə > Güney Press > “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü

“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü


Bu gün, 12:33

Azərbaycan Dəmir Yolları QSC-nin rəsmi saytına daxil olmaq mümkün olmur.

Tribuna.az xəbər verir ki, Bakı–Tbilisi qatarına bilet satışı başlayan kimi ticket.ady.az çöküb. Sayta daxil olmaq istəyən sərnişinlər saatlarla “waiting room” səhifəsində gözləyir, bir çox hallarda isə sistem ümumiyyətlə açılmır.
6 ildən sonra bərpa olunan Bakı–Tbilisi–Bakı reyslərinə maraq çox böyükdür. ADY biletləri satışa çıxarsa da, görünür sistem bu yükə hazır olmayıb. Sosial şəbəkələrdə də istifadəçilər saytın işləməməsindən və bilet ala bilmədiklərindən şikayət edir.
Xatırladaq ki, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfərlərin 26 maydan bərpa olunacağını açıqlayıb. Bilet qiymətləri isə 81 manatdan başlayır.


Geri qayıt