Əsas Səhifə > Güney Press > “Level Leasing” şirkətinin səhmdarları toplanır

“Level Leasing” şirkətinin səhmdarları toplanır


Bu gün, 10:33

“Level Leasing” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, şirkətin yaydığı elana əsasən, yığıncaq 29 iyun 2026-cı il saat 10:30-da Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 36 ünvanında yerləşən inzibati ofisdə baş tutacaq.

Yığıncağın gündəliyinə 2025-ci ilin illik hesabatının, o cümlədən audit olunmuş maliyyə və idarəetmə hesabatlarının təsdiqlənməsi məsələsi daxil edilib.

Xatırladaq ki, “Level Leasing”ASC-nin 1 milyon 50 min manat nizamnamə kapitalının 27,90%-i Quliyeva Zərifə Aydın qızına, 27,90%-i Mehrəliyeva-Rzayeva Nuranə Ramiz qızına və 6,19%-i Bədirova Lalə Əli qızına məxsusdur. Səhmlərin 38%-i “Hermes Finance” ASC-yə məxsusdur.


Geri qayıt