Əsas Səhifə > Güney Press > Böyük böhran qapıda:
Böyük böhran qapıda:Bu gün, 10:31 |
|
Hörmüz boğazının avqust ayına qədər bağlanması neft qıtlığına səbəb olacaq. "Cebheinfo.az" xəbər verir ki, "Bloomberg" Hörmüz boğazından keçən gəmiçilik avqust ayına qədər bərpa olunmazsa, qlobal iqtisadiyyat 2008-ci il maliyyə böhranı ilə müqayisə edilə bilən bir tənəzzüllə üzləşəcək. "Rapidan Energy Group" konsaltinq şirkətinin araşdırmasında bu barədə bildirilir. Şirkətin mütəxəssisləri tərəfindən nəzərdən keçirilən əsas ssenariyə görə, Hörmüz boğazının iyul ayında açılacaq. Bu halda, qlobal neft tələbatı gündə 2,6 milyon barel azalacaq və Brent markalı xam neftin qiymətləri bir barel üçün 130 dollara qədər yüksələcək. Daha pessimist ssenariyə görə isə gəmiçilik avqust ayına qədər bərpa olunmayacaq. Bu, üçüncü rübdə neft tədarükünün gündə 6 milyon barel azalmasına səbəb ola bilər: "Mövcud makroiqtisadi şərtlər 1970-ci və ya 2007-2008-ci illərdəkindən daha az ekstremaldır. Lakin bu nisbətən daha güclü başlanğıc nöqtəsi, neft qiymətlərinin davamlı artımının maliyyə və makroiqtisadi zəiflikləri daha da artıra biləcəyi riskini aradan qaldıra bilməz". Xatıradaq ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Hörmüz boğazında gəmiçilik bərpa olunmazsa, növbəti altı ay ərzində qlobal ərzaq böhranının baş verə biləcəyini bildirib. Geri qayıt |