İqtisadiyyat.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.
Məlumata əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti bununla əlaqədar müvafiq hazırlıqları yekublaşdırıb.
Belə ki, “Kaskad - Hidro M” şirkəti subartezian nasos aqreqatlarının alqı-satqısına 2,7 milyon manat ödəniş təklif edib.
Hazırda təklif dəyərləndirmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.