Əsas Səhifə > Güney Press > Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir:
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir:Bu gün, 16:23 |
|
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr çərçivəsində Cəbrayıl və Ağdam şəhərlərində “ASAN Həyat” komplekslərinin tikintisi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınmasını həyata keçirib. Satınalma üzrə qalib “Amazone” MMC olub. Müqaviləyə əsasən, Cəbrayıl şəhərində “ASAN Həyat” kompleksinin layihə-smeta sənədlərinin hazırlanmasına 527 383 manat, Ağdam şəhərində analoji işlərə isə 528 874 manat vəsait ayrılıb. Beləliklə, hər iki layihənin ümumi dəyəri 1 milyon 56 min manatdan çox təşkil edir. Geri qayıt |