Əsas Səhifə > Güney Press > Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilərBu gün, 14:55 |
|
Ermənistanın Avrasiya İqtisadi Birliyindəki (AİB) statusu mayın 29-da Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında müzakirə olunacaq. Modern.az xəbər verir ki, bunu Rusiyanın Baş nazir müavini Aleksey Overçuk bildirib. O qeyd edib ki, Ermənistanın məsələ ilə bağlı mövqeyini daha tez müəyyənləşdirməsi həm AİB üzrə müttəfiqlərinə, həm də Ermənistanın özünə qarşı daha dürüst yanaşma olar. “Bu qeyri-müəyyənlik iqtisadi operatorları gözləmə mövqeyi tutmağa vadar edir və uzunmüddətli iqtisadi münasibətlərin qurulmasına mane olur. Amma vurğulayıram ki, biz Ermənistanın AİB-də qalmasını istəyirik. Seçim isə Ermənistan xalqınındır”, – deyə Overçuk bildirib. Xatırladaq ki, Baş nazir Nikol Paşinyan qarşıdan gələn seçkilər səbəbilə Avrasiya İqtisadi Birliyinin iclasına qatıla bilməyəcək. Geri qayıt |