Əsas Səhifə > Güney Press > "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"

"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"


Bu gün, 12:10

"Mən efirə çıxanda heç bəlkə də 100 adam izləmir. Amma sosialda 5 dəqiqəyə 2 min insan mənə baxır. Televiziya bu gün sosial şəbəkəyə uduzur. Çünki televiziyalarımız interaktiv deyil. Amma internet interaktivdir. Mən o dəqiqə həmin jurnalistə nəsə yaza, sözümü deyə bilirəm. Çünki interaktivdir. Sabah efirdə nəsə mövzu olsa və telefonla qoşulmaq istəsəm bilmirəm ki, ora düşəcəm ya yox?! Məni efirə qoşacaqlar ya qoşmayacaqlar, sualımı verib istədiyimi danışa biləcəm ya yox?! Bütün bunları dəqiq bilmirəm. Ona görə də televiziyalarımız interaktiv vəziyyətə düşməsə hələ bundan sonra da sosial şəbəkəyə uduzacaq".
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nazim Pişyari deyib.
O daha sonra televiziya efirlərini digər ölkələrdəki verilişlərlə müqayisə edib:
"İnteraktiv ola bilmiriksə heç olmasa verilişlərimizi düzəldək. Nə qədər olar divan və iki kreslo?! Bu dekorasiyadan canımızı qurtara bilmirik. İllərdir divan, iki kreslo və müğənni! Nə vaxt bu sterotipləri qıracağıq?! Verilişin içi çürükdür. Vəssalam! Mən İsraildə dağ yəhudilərinin televiziyasında qonaq olmuşdum. Ora qonaq gələndə bildim ki, sən demə televiziya belə olurmuş. Özümü ulduz kimi hiss etdim. Qrimsiz efirə çıxmaq olmazdı. Möhtəşəm servisləri, xidmətləri var. Soruşurlar ki, "siz canlı oxuyursuz, bəlkə sizə konyak verək bir az səsinizi qızışdırasız?!" Mütləq qrimdən keçib sonra efirə çıxırsan. Bizdə belə şey var?! İşığı elə qururlar ki, nə gündə düşürsən. Kamera gəlib ağzının içinə girir. İnsan yorğundur, yuxusuzdur, kameralarımız mütləq səni yaxşı göstərməlidir. Bu da reytinqdir. Çünki onlar peşəkar operator deyillər. Hamısı toyxanadan çıxmış operatorlardır. Düzdür, yaxşıları da var, amma yaxşılar hər sahədə azdır”.

Geri qayıt