Əsas Səhifə > Güney Press > Normadan artıq yağış...
Normadan artıq yağış...Bu gün, 09:31 |
|
ABŞ-ın mərkəzi ştatlarında bir gündə 20 tornado qeydə alınıb. Dağıntılar və ölənlər var, çox sayda dolu yağıb.
Sinoptiklər xəbərdarlıq edir ki, yaxın 14 gündə ABŞ-ın 6 ştatında güclü yağıntılar və dağıdıcı tufanlar olacaq. Təxminən 50 milyon insan risk zonasındadır.
Ümumiyyətlə, hazırda dünyanın bir çox bölgəsində ekstremal hava hadisələri müşahidə olunur.
Avstraliyanın cənub-şərqində tarixi yağıntı rekordları qırılıb, bəzi ərazilərdə əhali təxliyə edilir. Ən ağır vəziyyətlərdən biri isə Afrikadadır. Cənubi Afrikada hökumət Milli Fəlakət Vəziyyəti elan edib. Güclü yağışların yaratdığı sel nəticəsində on minlərlə insan evsiz qalıb.
Mərakeş və Əlcəzairdə iki gün ərzində bəzi bölgələrə 1-2 illik yağış norması düşüb. Hətta Saxara səhrasının bəzi hissələrində göllər yaranıb.
Bir çox insan qlobal istiləşməni yalnız havaların isinməsi kimi anlayır. Halbuki Qrenlandiya və Antraktidada buzlaqların əriməsi okeanların duzluluq balansını dəyişir. Planet isinərkən şirinləşən okeandan buxarlanma da artır və atmosferdə daha çox su buxarı toplanır. Nəticədə iqlim anomaliyaları güclənir, normalda yağış az yağan yerlərə güclü yağıntılar düşür, yağıntıya öyrəşmiş bölgələr isə quraqlıqla üzləşir.
Müəllif: Orxan Atabəy - "DİA-AZ"
Geri qayıt |