Əsas Səhifə > Güney Press > Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirirBu gün, 06:30 |
|
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belarus və Bryansk istiqamətindən Ukraynaya hücum variantlarını nəzərdən keçirdiyini bildirib. "RBK-Ukrayna"nın məlumatına görə, Zelenski bu barədə hərbi rəhbərlik, kəşfiyyat, Təhlükəsizlik Xidməti və Xarici İşlər Nazirliyi ilə keçirilən müşavirədən sonra danışıb. Prezident qeyd edib ki, Kiyev Çerniqov-Kiyev istiqamətində müdafiəni gücləndirmək üçün artıq addımlar atır. Onun sözlərinə görə, Ukrayna həm Belarus, həm də Rusiyanın müəyyən bölgələrindən gələn təhlükələrə qarşı preventiv tədbirlər görür. Geri qayıt |