Əsas Səhifə > Güney Press > Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb

Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb


Bu gün, 12:19

Rusiyanın ən çox axtarılan qatillərindən biri, Yekaterinburqdakı qəddar dəstənin üzvü olan Semyon Yermolinski uydurma ad altında koronavirusdan ölüb.

Publika.az xəbər verir ki, bu barədə KP.ru Yermolinskinin anasına istinadən məlumat yayıb.

O, 2012-ci ildə dəstə üzvləri həbs olunmağa başlayanda Belarusa qaçıb (Həmin dəstə 16 qırğın törətmişdi).

Qonşu ölkədə Yermolinski Andrey Miller adı ilə yaşamağa başlayıb, qorxu romanları yazıb və tezliklə populyarlıq qazanıb.

O, sosial mediada canlı yayım etsə də, pərəstişkarlarına heç vaxt üzünü göstərməyib.


Anasının dediyinə görə, pandemiya zamanı Yermolayinski koronavirusa yoluxub, lakin şəxsiyyətinin açıqlanmasından qorxaraq tibbi yardım almayıb. Nəticədə xəstəlik inkişaf edib və Yermolinski ölüb.


Geri qayıt