|
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 23,5 min yeni iş yeri açılıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni iş yerlərinin 92,2%-i və ya 21,7 mini qeyri-dövlət (özəl) sektorunda açılıb. Qeyd edək ki, bu dövrdə ölkədə 4,2 min iş yeri bağlanıb və bağlanan iş yerlərinin 44,1%-i özəl 1,8 mini özəl sektorun payına düşüb. Açıqlanan rəsmi məlumatlar göstərir ki, bu ilin ilk 3 ayında özəl sektorda isə iş yerlərinin sayı 19,9 min artıb. Məlumat üçün onu da bildirək ki, bu ilin ilk 3 ayında özəl sektorda muzdlu (əmək müqaviləsilə) çalışan işçilərin sayı 28,8 min nəfər azalıb.
Geri qayıt
|