Əsas Səhifə > Güney Press > Rusiya Ermənistana xəbərdarlıq etdi
Rusiya Ermənistana xəbərdarlıq etdiBu gün, 17:44 |
|
"Hazırkı geosiyasi vəziyyətdə - Avropa İttifaqının (Aİ) iqtisadi inteqrasiya birliyindən hərbi-siyasi birliyə çevrildiyi, Aİ-nin Rusiyaya qarşı hərbiləşdirildiyi və bunun gizlədilmədiyi vaxtda ermənilər belə bir seçimin nəticələrini anlamalıdırlar”. Teleqraf xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Aİ-yə üzvlük perspektivini şərh edərkən deyib. Overçukun iddiasına görə, Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyi (AİB) sayəsində əldə etdiyi iqtisadi üstünlükləri itirməsini istəmir: “Ermənilər bizim üçün yaxın xalqdır, onun necə yaşaması və Ermənistan iqtisadiyyatının gələcək vəziyyəti bizi maraqlandırır. Ermənistanda iqtisadiyyatın çiçəklənməsi üçün əlimizdən gələni edirik. Amma seçim Aİ-nin xeyrinədirsə, əlbəttə, bizim də sualımız var. Niyə bunu büdcəmiz hesabına dəstəkləməliyik? Əgər Ermənistan Rusiyaya qarşı dost olmayan ölkələrə qoşulursa, onda niyə dəstəkləməliyik? Əgər Ermənistan bizim birliyimizin üzvüdürsə, bu, bir məsələdir, əgər Ermənistan bizə dost olmayan ölkələrin birliyinə yaxınlaşırsa, bu, tamam başqa məsələdir”. Geri qayıt |