Əsas Səhifə > Güney Press > Metronun "Həzi Aslanov" stansiyasındakı təmir

Metronun "Həzi Aslanov" stansiyasındakı təmir


Bu gün, 15:47

“Həzi Aslanov” stansiyasının dalan yolunun tikintisinin 2026-cı ilin sentyabr ayının sonuna qədər başa çatdırılması planlaşdırılır”.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, “Həzi Aslanov” stansiyası 1981–1987-ci illərdə mürəkkəb mühəndis-geoloji və hidrogeoloji şəraitə malik ərazidə inşa edilib. Sonrakı dövrlərdə tikinti prosesində fasilələr və ərazidə hidrogeoloji vəziyyətin dəyişməsi, eləcə də qrunt sularının təsiri stansiya infrastrukturunda müəyyən aşınmalara səbəb olub.

Məhz bu amillər nəzərə alınaraq, 30 noyabr 2024-cü il tarixindən etibarən stansiyanın dalan yolunda planlı əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmir işləri çərçivəsində dalan yolunda izolyasiya qatları yenilənir və gücləndirilir, konstruksiyalar tamamilə yenidən qurulur və infrastruktur daha dayanıqlı vəziyyətə gətirilir. Tikintinin 2026-cı ilin sentyabr ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.


Məlumatda o da bildirilib ki, “Həzi Aslanov” stansiyasının yenidənqurulması isə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, “Həzi Aslanov” stansiyasına keçid funksiyası daşıyacaq “Y-17” stansiyasının inşası dövründə həyata keçiriləcək.


Geri qayıt