Əsas Səhifə > Güney Press > Dünyanın ən gözəl şəhərləri açıqlandı

Dünyanın ən gözəl şəhərləri açıqlandı


Bu gün, 15:43

“Architectural Digest” jurnalı dünyanın ən gözəl şəhərlərinin siyahısını dərc edib.

Publika.az xəbər verir ki, siyahı əsasən memarlıq, mədəni irs, təbii gözəllik və tarixi atmosferə görə qiymətləndirilib.

Siyahıda ilk 3 yerdə ada ölkəsi Ficinin Savusavu, ABŞ-ın Karmel və Vyetnamın Hoi an şəhəri qərarlaşıb.

Həmçinin siyahının ilk onluğunu ardıcıllıqla Yeni Zelandiyanın Kvinstaun, Çinin Hangzhou, Şotlandiyanın Edinburq, Yaponiyanın Tokio, Kolumbiyanın Kartexena, İsveçin Stokholm və Gürcüstanın Tbilisi şəhəri tamamlayır.

Eyni zamanda siyahının növbəti pillələrində Türkiyənin İstanul şəhəri də yer alıb. İstanbul “Şərq ilə Qərbin görüş nöqtəsi” kimi təqdim edilib. Osmanlı sarayları, kilsələr, məscidlər və ədviyyat bazarlarının şəhərə unikal atmosfer qatdığı qeyd olunub.

Siyahıda diqqət çəkən digər şəhərlər arasında Paris, Barselona, Kyoto, Amsterdam, Florensiya, Edinburq, Rio de Janeyro və Sinqapur da var.


Geri qayıt