Əsas Səhifə > Güney Press > “Bank Avrasiya”nın səhmdarları toplanır

“Bank Avrasiya”nın səhmdarları toplanır


Bu gün, 15:00

02 iyul 2026-cı il tarixində “Bank Avrasiya” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın keçirilməsi Bankın Bakı şəhəri, Nizami küçəsi, ev 112B ünvanında yerləşən inzibati binasında, saat 11:00-da təyin edilmişdir.

Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:

1. “Bank Avrasiya” ASC-nin 01.01.2025-ci il tarixindən 31.12.2025-ci il tarixi üzrə kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatının təsdiqinə dair.

Qeyd edək ki, Bank Avrasiya-nın səhmdarları “Top Properties” MMC və “Azbizneskom” MMC (hər biri 49.5%) və Eynullayev Rüstəm Tarıverdi oğludur (1%).


Geri qayıt