Əsas Səhifə > Güney Press > Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölübBu gün, 14:46 |
|
Bakının Hövsan qəsəbəsində 10-cu sinif şagirdi olan Məzahir Qurbanəli oğlu İslamov müəmmalı şəkildə dünyasını dəyişib. Musavat.com-a daxil olan məlumata görə, yeniyetmə ölümündən az əvvəl müəlliminə zəng edib, sonradan isə onun cansız bədəni aşkar olunub. Məzahir İslamov Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəsinin oğludur. Məktəblinin müəmmalı ölümü arxasında keçirdiyi psixoloji böhranın dayanması iddiaları var. Qeyd olunur ki, Məzahir İslamov Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə ailəsinin istəyi ilə daxil olmasından narazı imiş. Bunu ailəsinə açıq şəkildə desə də, narazılığı nəzərə alınmırmış. Son illər Azərbaycanda yeniyetmələrin hərbi liseylərə və sərt nizam-intizamlı strukturlara yönləndirilməsi geniş təşviq olunsa da, psixoloji uyğunluq məsələsi çox zaman kölgədə qalır. Hər bir yeniyetmə eyni psixoloji yükü daşıya bilmir. Valideyn ambisiyası ilə uşağın daxili istəyi toqquşanda isə nəticələr faciəvi ola bilir. Yeniyetmənin seçim haqqı, psixoloji durumu və gələcək arzuları çox zaman ailə nüfuzu qarşısında əzilir. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma apardığı bildirilir. Geri qayıt |