Əsas Səhifə > Güney Press > Paşinyan erməniləri Qarabağı unutmağa

Paşinyan erməniləri Qarabağı unutmağa


Bu gün, 13:17

Ermənistan baş naziri Nikol Paşinyan erməni cəmiyyətinin "müvəqqəti durğunluq psixologiyasından" imtina etməli və ölkəni son vətəni kimi qəbul etməlidir.

Musavat.com xəbər verir ki, hökumət başçısının sözlərinə görə, vətən axtarışı prosesi artıq başa çatıb.

"Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır", - deyə Paşinyan vurğulayıb.

Baş nazir qeyd edib ki, keçmişə yönəlik iddialar ölkənin gələcəyinə mane olur:

"Əgər bizim şüuraltımızda daim Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq ideyası olarsa, biz öz ölkəmizi sadəcə bir tranzit məntəqəsi kimi qəbul etməyə başlayacağıq".

Paşinyan həmçinin əlavə edib ki, bu cür düşüncə tərzi dövləti "keçid məntəqəsinə" çevirir, insanları təhlükəsizlik və sabitlik hissindən məhrum edir. Hökumət rəhbəri Qarabağdan köçən ermənilərə də müraciət edərək, onları Ermənistanda məskunlaşmağa və bu ölkəni özlərinin son yaşayış yeri kimi qəbul etməyə çağırıb.


Geri qayıt