Əsas Səhifə > Güney Press > Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdırBu gün, 11:14 |
|
Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Ziya Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. Qeyd: Hadisə 2025-ci ilin mart ayında baş verib. İttihama görə, 1981-ci il təvəllüdlü Ziya Əliyev aralarında yaranmış mübahisə zamanı bıçaqla qardaşı arvadı Rahilə Əliyevi və onun oğlu Bəhruz Əliyevi qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə), 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əliyev ömürlük azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib. Geri qayıt |