Əsas Səhifə > Güney Press > Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu varBu gün, 09:31 |
|
Azərbaycanda "halal" adı altında fəaliyyət göstərən şirkətlərin milyonlarla borcu var. "Qaynarinfo" xəbər verir ki, "Azəri Halal" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 49.909,14 AZN vergi borcu yaranıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Əlişir Surxay oğludur."Az.Halal Qida" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.642.263,64 manat vergi borcu var. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Vüsal Hidayət oğludur. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əhmədov Sadiq Əhməd oğlu olan "Halal Food" MMC-nin isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 2.140.931,41 AZN-ə yüksəlib. Geri qayıt |