Əsas Səhifə > Güney Press > "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb
"SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölübBu gün, 07:00 |
|
ABŞ-ın Texas ştatında yerləşən “SpaceX” şirkətinin bazasında istehsalat qəzası nəticəsində bir nəfər ölüb. Bu barədə “The Wall Street Journal” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, son illərdə “SpaceX” “Starship” kosmik gəmisinin daha tez-tez buraxılması üçün bazanın infrastrukturunun genişləndirilməsi işlərini sürətləndirib. “Starship”in növbəti sınaq uçuşunun mayın 20-nə planlaşdırıldığı bildirilib. Şirkətin planına əsasən, bu kosmik sistem gələcəkdə Yer orbitinə pilotlu uçuşlar, peyklərin buraxılması, Ay və Mars missiyaları, eləcə də daha uzaq kosmik obyektlərə səfərlər üçün istifadə olunacaq. Geri qayıt |