Əsas Səhifə > Güney Press > Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq

Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq


Bu gün, 17:05

Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı sonuncu hesabata görə, bu il Lixtenşteyndə adambaşına düşən ÜDM 226,8 min dollara bərabər olacaq.
Yeniavaz.com
xəbər verir ki, adambaşına düşən ÜDM-in ən az olacağı ölkə isə Yəmən hesab olunur. Bu ölkədə adambaşına düşən ÜDM Lixtenşteynlə müqayisədə 591 dəfə az – 383,7 dollar təşkil edir.
BVF-nin məlumatına görə Azərbaycanda adambaşına düşən ÜDM-in bu il 7 470 dollara bərabər olacağı gözlənilir.
Azərbaycanda adambaşına düşən ÜDM Lixtenşteynlə müqayisədə 30 dəfə az, Yəmənlə müqayisədə isə 19,5 dəfə çoxdur.
BVF-yə görə adambaşına düşən ÜDM-in həcmi bu il keçmiş SSRİ və qonşu ölkələrdə aşağıdakı kimi olacaq:
Estoniya – 37,72 min dollar;
Litva – 36,54 min dollar;
Latviya – 28,91 min dollar;
Türkiyə – 19,02 min dollar;
Rusiya – 18,53 min dollar;
Qazaxıstan – 17,5 min dollar;
Türkmənistan – 12,3 min dollar;
Gürcüstan – 11,57 min dollar;
Belarus – 11,29 min dollar;
Ermənistan – 10,41 min dollar;
Moldova – 9,35 min dollar;
Kosovo – 8,96 min dollar;
Azərbaycan – 7,47 min dollar;
Ukrayna – 6,98 min dollar;
Özbəkistan – 4,66 min dollar;
İran – 3,41 min dollar;
Qırğızıstan – 3,2 min dollar;
Tacikistan – 1,94 min dollar.


Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanda 2025-ci ildə 129 milyard 94 milyon manat (75 milyard 937,6 milyon dollar) ÜDM qeydə alınıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 12 min 602,2 manat (7 min 413 dollar) olub.
Onu da qeyd edək ki, BVF-yə görə bu il adambaşına düşən ÜDM-in ən yüksək və ən aşağı olacağı 20 ölkə aşağıdakı kimi olacaq:
Ənyüksək:

Lixtenşteyn – 226,81 min dollar;
Lüksemburq – 158,73 min dollar;
İrlandiya – 140,19 min dollar;
İsveçrə – 126,18 min dollar;
İslandiya – 110,05 min dollar;
Sinqapur – 107,76 min dollar;
Norveç – 105,88 min dollar;
ABŞ – 94,43 min dollar;
Danimarka – 83,45 min dollar;
Niderland – 79,92 min dollar.

Ən aşağı:
Sudan – 863,89 dollar;
Niger – 821,52 dollar;
Somali – 812,86 dollar;
Malavi – 733,42 dollar;
Madaqaskar – 655,51 dollar;
Mozambik – 632,04 dollar;
Mərkəzi Afrika Respublikası – 612,83 dollar;
Burundi – 545,96 dollar;
Cənubi Sudan – 487,98 dollar;
Yəmən – 383,75 dollar.


Geri qayıt