Əsas Səhifə > Güney Press / Ana xəbər > Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib

Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib


Bu gün, 12:09

“Meğri qlobal mərkəzə çevrilib, dünya liderləri TRIPP-də necə iştirak edəcəklərini soruşurlar”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Bakı və İrəvan ərazi bütövlüyü məsələsində eyni yanaşma sərgiləyiblər. “Biz də Azərbaycanın ərazi bütövlüyünü onlar bizim ərazi bütövlüyümüzü tanıdığı kimi tanımışıq”.

Paşinyan Başkənd qəsəbəsinə iddialarını da dilə gətirib. O bildirib ki, həmin yaşayış məntəqəsini “geri alacaqlar”. “Bizim özümüzün bir problemimiz var: Başkənd Ermənistan Respublikasının suveren ərazisidir və biz bundan imtina edə bilmərik”.

O qeyd edib ki, “Bakı, Qarabağ, Sumqayıt, Naxçıvan və s. qaçqınlar desək də, strateji razılaşmanın mahiyyəti budur: iki ölkə beynəlxalq səviyyədə tanınmış ərazilərinə diqqət yetirir”.

Paşinyan çıxışı zamanı vurğulayıb ki, “qaçqın” ifadəsindən imtina etmək lazımdır. “Qarabağdan köçən ermənilər burada məskunlaşıb. Qaçqın, qaçqın məntiqini və səhifələrini bağlayırıq. Eyni şey Azərbaycana da aiddir”.


Geri qayıt