Əsas Səhifə > Güney Press > Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb

Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb


Bu gün, 10:40

Bu ilin aprel ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 797,6 min nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 869,5 min nəfəri dövlət sektorunda, 928,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, bu ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 808,5 min nəfər olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 3 ayında muzdla çalışan işçilərin sayı 10,9 min nəfər azalıb. Bu ilin ilk rübündə dövlət sektorunda işləyənlərin sayı 3,7 min nəfər artıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 14,1 min nəfər azalıb.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən etibarən qeyri-dövlət sektorda çalışan muzdlu işçilər də gəlir vergisinə cəlb olunublar. Özəl sektorda çalışan muzdlu işçilərdən gəlir vergisinin alınmadığı 2025-ci ildə işçilərin sayı 46,5 min nəfər artıb.
Qeyd edək ki, son 10 ildə (2016-2026-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı aşağıdakı kimi olub:
1 yanvar 2016 – 1 495,8 min nəfər;
1 yanvar 2017 – 1 514,0 min nəfər;
1 yanvar 2018 – 1 521,3 min nəfər;
1 yanvar 2019 – 1 548,9 min nəfər;
1 yanvar 2020 – 1 641,0 min nəfər;
1 yanvar 2021 – 1 691,8 min nəfər;
1 yanvar 2022 – 1 705,1 min nəfər;
1 yanvar 2023 – 1 733,9 min nəfər;
1 yanvar 2024 – 1 741,8 min nəfər;
1 yanvar 2025 – 1 778,5 min nəfər;
1 yanvar 2026 – 1 808,5 min nəfər;
1 aprel 2026 – 1 797,6 min nəfər.


Geri qayıt