Əsas Səhifə > Güney Press / Partiya > Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar...

Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar...


Bu gün, 01:13

"Bilirəm başınız cari problemlərə, yağışa, kanalizasiya sisteminin zay olmasına qarışıb, amma, ciddi bir məsələdən danışmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Azərbaycan hökuməti özünə sərf edən sahələrdə tez-tez Azərbaycanı Avropa ilə müqaisə edir, məsələn, deyir bizdə vergilər aşağıdır, kommunal xidmətlər ucuzdur, və s. – düz də deyir, amma, belə müqaisə mənzərəni tam göstərmir.
Düşündüm ki, minimum və orta əmək haqqına düşən yanacaq qiymətlərini müqaisə etsəm, ümumi təsəvvürlər yarana bilər.
Məsələn, Lüksenburqda mimimum əmək haqqı 2704 avrodur və bu vəsaitə həmin ölkədə 1510 litr benzin düşür, Almaniyada 2343 avrodur – 1165 litr benzin almaq olar, İspaniya 1381 avro – 896 litr benzin, AB-nin ən kasıb ölkəsi olan Bolqarıstanda 620 avrodur – 416 litr benzin düşür. Azərbaycanda minimum əmək haqqı 400 manat, yəni 202 avrodur – bu vəsaitə 250 litr benzin düşür.
Keçək orta aylıq əmək haqqına – Lüksenburqda maaş 5900 avro – 3296 litr benzin, Almaniyada 4200 avro – 2089 litr, İspaniyada 2350 avro – 1525 litr, Bolqarıstanda 1150 avro – 771 litr, Azərbaycanda 1151 manat, yəni, 581 avro – 719 litr.
Qeyd: Avro-manat məzənnəsi 1.98-la, qiymət isə “premium” markalı benzinlə götürülüb, çünki, AB-də Aİ92 markası yoxdur..."

Geri qayıt