Əsas Səhifə > Güney Press > Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar

Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar


Bu gün, 12:57

Ukrayna döyüşçüləri Rusiya ordusunun məşhur "Potok" əməliyyatını təkrarlamağa çalışıblar. Lakin onlar bunun üçün xəndək belə qaza bilməyiblər.

Publika.az xəbər verir ki, bu barədə "SHOT" Teleqram kanalı məlumat yayıb.

Kanal mənbəsinə istinad edib. Məlumata görə, bir qrup Ukrayna döyüşçüsü bir neçə gecə yerin altında nəhəng dəhliz qaza bilib. Lakin onların planı uğursuz olub. Belə ki, 5-6 metr dərinlikdə olan tunel çöküb. Nəşrin məlumatına görə, tuneli qazan hərbçilər uçqundan qaça bilməyib və dağıntılar altında qalıblar.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin “Potok” əməliyyatı 2025-ci ilin mart ayında həyata keçirilib. Bu, Ukrayna qüvvələri tərəfindən ələ keçirilən Kursk bölgəsinin əhəmiyyətli hissəsinin və Sudjanın azad edilməsi üçün başlanğıc nöqtəsi olub. Əsgərlər boru kəməri boyunca təxminən 16 kilometr məsafə qət etdikdən sonra Sudja ərazisində birbaşa ukraynalı əsgərlərin arxa hissəsinə gizli şəkildə daxil olmuşdular. Bəzi mənbələrə görə, boruda xeyli sayda döyüşçü havasızlıqdan və digər səbəblərdən ölüb. Hazırda Rusiyada "Potok" əməliyyatına əfsanəvi uğurlu hərbi gediş kimi yanaşırlar.


Geri qayıt