Əsas Səhifə > Güney Press > Məşhurluq artıq zəhmətlə qazanılmır:
Məşhurluq artıq zəhmətlə qazanılmır:Bu gün, 09:19 |
|
İndi isə vəziyyət tamamilə dəyişib. Sosial şəbəkələrin sürətli təsiri nəticəsində bəzən qeyri-adi hərəkət, təsadüfi video və ya qalmaqallı davranış insanı bir neçə saat ərzində ölkə miqyasında tanınmış şəxsə çevirə bilir. Ani məşhurluq artıq istedadın və ya əməyin nəticəsi olmaqdan çox, diqqət çəkmək bacarığı ilə ölçülür.
Lakin ani məşhurlaşmanın ciddi və riskli tərəfləri də var.
Əvvəla, sürətlə qazanılan şöhrət çox vaxt insanı psixoloji olaraq hazırlıqsız yaxalayır. Bir gün adi həyat yaşayan insan, ertəsi gün minlərlə insanın diqqət mərkəzinə düşür. Bu diqqəti idarə etmək isə hər kəsin bacardığı məsələ deyil. Tənqidlər, təhqirlər, sosial şəbəkə hücumları və ictimai təzyiq insanın psixologiyasına ciddi təsir edə bilir.
Digər tərəfdən, ani məşhurluq çox vaxt dayanıqlı olmur. Sosial şəbəkələrdə gündəm sürətlə dəyişir. Bu gün milyonlarla baxış toplayan insan bir neçə həftə sonra tamamilə unudula bilər. Belə vəziyyət isə insanlarda boşluq hissi, depressiya və özünü lazımsız hesab etmə kimi problemlər yaradır.
Ən təhlükəli məqamlardan biri isə cəmiyyətin dəyərlərinin dəyişməsidir. Əgər bir insan yalnız qalmaqal, qeyri-etik davranış və ya məntiqsiz hərəkətlərlə məşhurlaşırsa, bu, xüsusilə gənclər üçün yanlış nümunə yaradır. Gənclər bəzən düşünür ki, təhsil almaq, peşəkar olmaq və illərlə zəhmət çəkmək əvəzinə, diqqət çəkmək kifayətdir. Bu isə cəmiyyətin keyfiyyət göstəricilərinə mənfi təsir edir.
Əslində, məşhurluq özü məqsəd olmamalıdır. Əsas məsələ insanın cəmiyyətə nə verdiyi, hansı dəyəri yaratdığıdır. Çünki zaman keçdikcə təsadüfi şöhrət yox olur, amma həqiqi nüfuz və peşəkarlıq qalırl.
Bu gün sosial şəbəkələr insanlara böyük imkanlar yaradır. Lakin həmin imkanlardan düzgün istifadə etmək, populyarlıq naminə şəxsi dəyərləri qurban verməmək vacibdir. Çünki ani məşhurluq bəzən sürətli yüksəlişlə yanaşı, sürətli tənəzzül də gətirə bilir…
Müəllif: Məhəmmədəli QƏRİBLİ - "DİA-AZ"
Geri qayıt |