Əsas Səhifə > Güney Press > Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək

Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək


Bu gün, 16:59

Mayın 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti konfransı keçiriləcək.

Musavat.com-un məlumatına görə, bu barədə İttifaqın mətbuat katibi Əli İsa Cabbarov bildirib.

Onun sözlərinə görə, konfransın əsas gündəliyini sədr seçkisi təşkil edəcək.

Əli İsa Cabbarov qeyd edib ki, İdarə Heyəti konfransa iki namizədlə getmək barədə qərar verib. Lakin həmin namizədlərin adları konfrans zamanı açıqlanacaq.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da Memorial Xəstəxanada vəfat edib.


Geri qayıt