Əsas Səhifə > Güney Press > "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"

"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"


Bu gün, 12:54

Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərovun sabiq vəkili Erik Beqlaryan iddia edib ki, müvəkkilinə yaxşı münasibət göstərilib, təzyiq edilməyib və hüquqları qorunub. O, həmçinin Dilqəm Əsgərov barəsində çıxarılan hökmün qanuni olduğunu bildirib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Dilqəm Əsgərov E.Beqlaryanın işgəncə ilə bağlı iddialarının əsassız olduğunu deyib.

O bildirib ki, Şuşa həbsxanasında işgəncələrə məruz qalıb:

“7 il Şuşa həbsxanasında qaldım. Orada mənə işgəncələr verirdilər. Döyüldüm, əzildim, barmaqlarım qırıldı, elektrik cərəyanı verdilər, dırnaqlarımı kəlbətinlə dartdılar. İndi deyir ki, işgəncə görməyib? Mənə çıxarılan hökm də qanunsuz idi. Mən öz torpağıma səfər etmişdim. Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim”.

D.Əsgərov əsirlikdə olarkən ona yaxşı davranan qadından da danışıb:

“Ermənistanın həmin dövrdəki ombudsmanı və “Hüquqi özbaşınalığa qarşı” QHT-nin rəhbəri Larisa Alaverdiyan sağ olsun. Mənə 5-6 dəst yeni, etiketləri üzərində olan geyimlər gətirmişdi. Hətta elə vaxt olub ki, mənim üçün qəzetə bükülmüş kotlet də gətirib. Bunları dana bilmərəm. Lakin ümumilikdə orada haqsızlığa və işgəncələrə məruz qalmışam”.


Geri qayıt