Əsas Səhifə > Güney Press > Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadırBu gün, 12:26 |
|
Bu günün mövzusu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun vətəndaşları mərkəzə buraxmamaq çabasıdır. Yəni, cəhd etməsi. Vəzifiyə yeni təyin olunan sədr yeniliklərə imza atmaq istədi. Amma ilk cəhd uğursuz oldu, deyə bilərik. V.Aslanovun “ATV Aktual” verilişində səsləndirdiyi fikir cəmiyyətdə “oha!!!” effekti yaradıb. Nə deyib metrpoliten rəisi, baxaq. Qurum rəhbərinin sözlərinə görə, şəhər ətrafında yeni metro stansiyalarının tikilməsi mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər: “Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyası tikilsə, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində isə onsuz da artıq yüklənmiş infrastruktur tamamilə iflic vəziyyətinə düşə bilər. Ona görə ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzinə bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etməkdir. Ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər”. Sosioloji məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açqlamasında qeyd etdi ki, Vüsal Aslanovun belə fikir səsləndirməsi inandırıcı görünmür, daha doğrusu insan inanmaq istəmir, ona görə də yaxşı olar ki, metropoliten rəisi növbəti bir açıqlama versin, ya desin, fikirləri təhrif olunub, konteksdən çıxarılıb, ya da söylədi fikrə məntiqi izah versin: - Bu, çox absurd, gülməli açıqlamadır. Sosial şəbəkədə paylaşımları görəndə, inanmadım, düşündüm, Vüsal müəllim belə fikir səsləndirə bilməz, yəqin cümlələr konteksdən çıxarılıb. Ciddi qurum rəhbəri bu qədər absurd fikir səsləndirməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası ölkə hüdudları daxilində hər bir vətəndaşın sərbəst hərəkət etmək, getmək, gəzmək, istirahət hüququnu tanıyır. Vətəndaş sərbəst hərəkət etmək hüququna malikdir. Vətəndaşın Konstitusiya ilə təsbit edilmiş hüquqları olduğu halda metropoliten rəisinin insanların mərkəzə gəlməsinin qarşısını almaq üçün metro stansiyalarının tikintisini lazım bilməməsi absurd səslənir. Necə yəni, vətəndaşların mərkəzə gəlişinin qarşısını almasaq, infrastruktur çökə bilər?!. (Heç olmasa deyəydi, çökmüş infrastrukturu bərpa edə bilməyəcəyik, ağla batan olardı – M.R.) Belə çıxır ki, Sumqayıtdan, Saraydan, Masazırdan... vətəndşalar mərkəzə gəlməsin deyə, metro stansiyaları tikilməməlidir? Bu, gülünc yanaşmadır. İ.Hüseynli qeyd etdi ki, ictimai nəqliyyatın gücləndirilməsi, şaxələndirilməsi, yerüstü, yeraltı nəqliyyat imkanlarının artırılması, ictimai nəqliyyatın digər seqmentlərinin də inkişafında məqsəd vətəndaşların ictimai nəqliyyatdan istifadəsini stimullaşdırmaq, fərdi avtomobillərə deyil, ictimai nəqliyyata üsünlük vermələrini təşviq etməkdir: - Bunun üçün sərnişindaşıma keyfiyyətli təşkil olunmalıdır. Məlumdur ki, ölkə Prezidenti ictimai nəqliyyatın inkişafı, o cümlədən də metronun inkişafını nəzərdə tutan Dövlət Proqramının hazırlanmasına göstəriş verib və proqram hazırlanıb. Dövlət Proqramında metro stansiyalarının da tikintisi nəzərdə tutulur, Novxanı, Mehdiabad, Binəqədi-Azadlıq prospekti ilə “28 may”adək tramvay xəttinin çəkilməsi ilə bağlı qərarların olduğu bir vaxtda metro rəisi deyir, metro çəksək insanlar mərkəzə axın edəcək. Həqiqətən də çox uyğunsuz fikirdir. Bununla bağlı metropoliten rəhbəri açıqlama verməli, izah etməlidir hansı məntiqə söykənir bu fikirlər, nə dayanır bunun arxasında. Əksinə, əyalətlərdən, periferiyadan ictimai nəqliyyat elə bir səviyyədə inkişaf etdirilməlldir ki tıxacların qarşısı alınsın. İctimai nəqliyyat sektorunun inkişafına ehtiyac var. İctimai nəqliyyat elə bir səviyyəyə çatdırılmalıdır, vətəndaş deyək ki Sumqayıtdan mərkəzə birbaşa gələ bilsin. Geri qayıt |