Əsas Səhifə > Güney Press > Dünyanın ən nüfuzsuz siyasətçisi
Dünyanın ən nüfuzsuz siyasətçisiBu gün, 11:49 |
|
İnsafla danışaq, Azərbaycan siyasətində intellektinə görə ən çox fərqlənən siyasətçi Zərdüşt Əlizadədir. Ancaq Zərdüşt Əlizadəyə bundan artıq insaflı davranmağın özü insafsızlıqdır. Yaxşı olardı ki, Allah Zərdüşt Əlizadənin özünə də insan versin. Zərdüşt Əlizadə yeganə siyasətçidir ki, danışanda elə bilirsən, üzünü Andora xalqına tutub danışır. Yəni onun ruhən Azərbaycan xalqı ilə heç bir əlaqəsi, bağlılığı yoxdur. Obrazlı desək, Zərdüşt Əlizadə “zəhər maşınıdır”. Əlbəttə, siyasətçi danışmalıdır, işi odur, ancaq boş-boş yox. Bu mənada, deyərdim, Azərbaycanda ağzına gələni ən çox danışan adam da odur. Məsələn, xırda bir misal. Azərbaycan türklənin böyük əksəriyyəti yerli Qafqaz xalqıdır. Ən qədim dövrlərdən, Albaniya dövlətinin ərazisində yaşayan və antik mənbələrdə adı keçən 26 etnos və ya tayfanın çoxu türklər idi. Ancaq Zərdüşt Əlizadənin siyasi təfəkkürünün boşluğuna görə, sən demə, azərbaycanlıların 80%-nin türklərlə heç bir əlaqəsi yoxdur və onlar yerli Qafqaz xalqıdır. Zərdüşt Əlizadəyə görə, azərbaycanlıların üz quruluşunun da türklərə xas deyil. Demək olar, onun bütün mövzularda olan şərhləri aşağı-yuxarı bu cür mahiyyətdədir. Ümumiyyətlə, Zərdüşt Əlizadə yeganə siyasətçidir ki, indiyə qədər bircə sözü belə qəbul edilməyib, bu ölkədə bircə nəfər də ona inanmayıb. Nəinki Azərbaycanın, hətta dünyanın da ən nüfuzsuz siyasətçisidir. Elə bilirəm, rəhbəri olduğu partiyada da fikirlərinə bir qram hörmət edən adam yoxdur. Azərbaycan xalqına o qədər yad adamdır ki, hətta taftalogiyası belə yadda qalmayıb, bir az danlayıb, sonra unudublar. Bu isə həm də onun alimliyinə kölgə salır, digər bilgilərinin tutarsızlığına işarə edir. Zərdüşt Əlizadə insanların yaddaşında həm də özü kimi olan qardaşı Araz Əlizadə ilə qalıb. Maraqlıdır, heç nədən bir-biri ilə yola gedə bilməyən bu ziddiyyətli qardaşlar Azərbaycan xalqı ilə necə yola gedəcəkdi? Məgər Azərbaycan xalqı onların mahiyyətcə məişəti xatırladan davalarını izləməli idimi? Zərdüşt Əlizadənin təkcə fikirləri yox, əməlləri də mənasızdır. Məsələn, illər əvvəl prezidentliyə də namizəd olan Zərdüşt Əlizadə sonradan açıqlamasında demişdi: “Məqsədim prezident olmaq deyildi”. Var olun, Zərdüşt müəllim, dəhşətsiniz. Ancaq o tarixə qayıdıb sual vermək lazımdır ki, Zərdüşt Əlizadə, alternativ olduğunuz Ayaz Mütəllibovun qatı fanatına necə çevrildiniz? Həm onun yerinə seçilmək istəyirdiniz, həm də sonradan “Mütəllimovçu oldunuz?”. Görəsən, mərhum qardaşınız Araz Əlizadə ilə yola getdiyiniz vaxtlarda onun deputat mandatı almağının bir təsiri var idimi bu məsələyə? Zərdüşt Əlizadəyə yazığımız gəlsə, onu tarixdə elə bu namizədliklə xatırlamaq lazımdır. Yəni bu gün seçilmək üçün heç bir şansı olmadan ora-bura namizəd olan adamlar unutmamalıdır ki, onların ustadı Zərdüşt Əlizadədir, bu mənasız prosesin əsasını məhz o qoyub. Sözsüz, dediyim kimi, Zərdüş Əlizadə intellekti adamdır, ancaq xalq dili desək, “Oxumaqdan başı xarab olub”. Zərdüşt Əlizadə elə bilir ki, istən ilən məsələyə terminlə cavab verəndə, siyasət qatanda həmişə maraqlı olur. Məsələn, belə təsvir etmək olar. Bir gün müsahibədə aparıcı Zərdüş Əlizadəyə sual verir: -Zərdüşt müəllim, hava necədir? Zərdüşt Əlizadənin bu suala verəcəyi cavab belə olar: – “Hava məsələsi xalqın siyasi savadsızlığının nəticəsidir. Buludlar təsadüfi gəlmir”. Ümumiyyətlə, hərdən mənə elə gəlir ki, Zərdüşt Əlizadə hansısa şəkildə bu həyatda hamını bezdirib, bircə nəfər də onu görəndə üzü gülmür, xoş bir şey düşünmür. Zərdüşt Əlizadə adamın qanını qaraldıb it qanına döndərir. Orxan Saffari Geri qayıt |